“Yuventus” Leonardo Bonuççiylə vidalaşır.

Bu barədə İtaliyanın nüfuzlu “La Gazetta dello Sport” nəşri məlumat yayıb.  Turin klubu 36 yaşlı müdafiəçini Amerika Birləşmiş Ştatlarına aparmayıb. Xatırladaq ki, İtaliya millisinin sabiq müdafiəçisi 2017/18 mövsümündə “Milan”da çıxışını istisna etsək, son 12 ildə “Yuventus”da oynayıb. O, ötən mövsüm Turin klubunun heyətində keçirdiyi 26 oyunda 2 qolla fərqlənmişdi. Bonuççinin “Yuventus”la müqaviləsi 2024-cü ilin iyununda yekunlaşır.